Ermənistan xarici işlər naziri Ara Ayvazyanla İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.
Eurasia Diary-nin məlumatına görə, İran Xarici İşlər Naziri dünən axşam İrəvana gəlib.
Bundan əvvəl Zərif Azərbaycanda və Rusiyada səfərdə olub. İranlı nazir regional səfər çərçivəsində Tiflis və Ankaraya da gedəcək.