Münasibətlər gərginləşir - Rusiya ABŞ-a nota verdi | Eurasia Diary - ednews.net

7 Mart,


Münasibətlər gərginləşir - Rusiya ABŞ-a nota verdi

Dünya A- A A+

“Rusiyadakı etiraz aksiyaları ilə bağlı saxta məlumatların yayılması ilə əlaqədar ABŞ səfirliyinin nümayəndəsinə nota təqdim edilib”.

Eurasia Diary-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

“Təxribat xarakterli mətnin sistemli şəkildə tirajlandığı Amerika rəqəmsal platformalarında Rusiya haqqında etibarsız “saxta” məlumatların kütləvi şəkildə yayımlanması, öz növbəsində bu məlumatların ABŞ-ın Moskvadakı səfirliyi tərəfindən də koordinasiyalı şəkildə yayılması qeydə alınıb”, - sənəddə belə deyilir.

“Bu il 27 yanvar tarixində Xarici İşlər Nazirliyinə çağırılan ABŞ nümayəndəsinə etiraz notası təqdim olunaraq xəbərdar edilib ki, Rusiya tərəfi cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda vurğulanıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...