Paşinyanın dedikləri ləyaqətsizlikdir - Rusiyalı görkəmli mütəxəssis "İskəndər" açıqlamasından danışdı | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Paşinyanın dedikləri ləyaqətsizlikdir - Rusiyalı görkəmli mütəxəssis "İskəndər" açıqlamasından danışdı

Dünya A- A A+

"Komsomolskaya Pravda"nın hərbi müşahidəçisi, istefada olan polkovnik Viktor Baranets "İskəndər"in yaradıcılarında biri, görkəmli rus alimi, elmlər doktoru, 37 illik təcrübəsi olan dizayner Vladimir Kovalevə müraciət edib.

“Komplekslərimizin işləmədiyini elan edən Paşinyan bazar üçün cavab verməlidir. Baş nazirin silahla bağlı bu qədər ciddi iddialar irəli sürməsi və eyni zamanda məsələnin mahiyyətini bilmədiyini açıq şəkildə etiraf etməsi ləyaqətsizlikdir. Onun 80-ci illərin silahı ilə bağlı dediyi sözləri yalançı cahilliyin əlamətidir", - əfsanəvi "İsgəndər"in yaradıcısı deyib.

Kovalev deyir ki, hətta Rusiya ordusu 2019-cu ilin sonuna qədər "İskəndər"lərlə silahlanmayıb.

Kovalev dəfələrlə kompleksin sınaqlarına şahid olub, eyni zamanda döyüş başlığının partlamayacağı bir vəziyyəti xatırlamır: "Heç vaxt".

“Baş nazirin savadsızlığını təcili olaraq aradan qaldırması lazımdır, təhsil proqramı lazımdır. Göründüyü kimi, o ya məktəbdə pis şagird olub, ya da ixrac edilən "İskəndər"in döyüş başlığının tutumunun ruslardakından 10% aşağı olmağını qulağardına vurub. Moskva bunu heç vaxt Yerevandan gizlətməyib. Ancaq Paşinyan hər şeyi qarışdırıb və Ermənistanın raket döyüş başlığının yalnız 10% partladığını söyləyib. Yəni hər şeyi qarışdırıb. Bu cür absurdluq məşhur erməni zarafatlarında belə yoxdur".

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...