"Rusiya dünyada stabilliyi pozur və ABŞ və onun müttəfiqləri üçün təhlükə yaradır".
Eurasia Diary RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının rəhbəri və NATO-nun Avropadakı Ali Komandanı general Tod Volters, Hərbi-hava asosiasiyasının simpoziumunda deyib.
"Beynəlxalq ictimaiyyətin qınağına və iqtisadi sanksiyaların davam etməsinə baxmayaraq, Rusiya dünyada stabilliyin pozulmağa yönələn zərərli hərəkətlər edir, bunların bir çoxu Avropada həyata keçirilir. Rusiya ABŞ-ın Avropalı müttəfiqlərimizin varlığı üçün təhlükə yaratmağa davam edir", Müdafiə Nazirliyinin saytında Voltersin sözləri qeyd olunur.
General, Rusiyanın Sovet İttifaqı dövründəki təsir dairəsini qorumağa çalışdığını və qonşu ölkələri məcbur etmək üçün güc tətbiq etdiyini əlavə edib.
Bundan əlavə, Volters, Rusiyanın "ABŞ və müttəfiqlərini qorxutmaq, zəiflətmək və parçalamaq üçün özəl hərbi şirkətlər kimi qeyri-ənənəvi vasitələrə əl atdığını" iddia edir.