Erməni generallar prezidentin sözünü yerə saldı Paşinyan getməlidir!

Dünya 12:27 27.02.2021

Ermənistan prezidenti Armen Sərkisyanın Baş qərargah rəisi Onik Qasparyanı yola gətirmək səyləri nəticə verməyib. Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən baş tutan görüşdə generallar və Onik Qasparyan 44 günlük müharibə ərzində Paşinyanın məntiqsiz və “satqın” komandalarına dair yüzlərlə faktları Sərkisyana təqdim ediblər. Və israr ediblər: o, getməlidir!

Bildirilir ki, Armen Sərkisyan Baş qərargahın binasını çox dilxor, pərt vəziyyətdə tərk edib. Bu gün səhər saatlarında Nikol Paşinyan Armen Sərkisyanla gizli görüş keçirir və onu Onik Qasparyanı vəzifədən azad etməyə inandırmağa çalışır.

Qeyd edək ki,  Ermənistan prezidenti Armen Sarkisyan artıq ikinci gündür ki, Ermənistan silahlı qüvvələri baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın təklifini təsdiq etmir.

Baş qərargah Ermənistan baş naziri Nikol Paşinyanın “hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını” bildirərək onun istefasını tələb etmişdi. Öz növbəsində Paşinyan bu bəyanatı "hərbi çevriliş cəhdi" adlandırmış və baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı əmr vermişdi. Bütün bunlar Paşinyanın “İsgəndər” raketlərinin yararsız olduğuna və “10 faiz partladığına” dair dediklərindən sonra baş verib.

Bundan əvvəl Ermənistan prezidenti aparatından verilən bəyanatda deyilirdi ki, Armen Sarkisyan baş qərargah rəisinin vəzifədən çıxaırlmasını adi kadr yerdəyişməsi kimi qəbul edə bilməz:“Dövlət orqanlarının normal fəaliyyət göstərməsi naminə prezident indiyədək vəzifəli şəxslərin təyinatı və ya işdən çıxarılmasına prinsipial etiraz etməyib. Lakin hərbi vəziyyətdə və məlum bəyanatdan sonra silahlı qüvvələrin baş qərargah rəisinin vəzifədən kənarlaşdırılması sadəcə növbəti kadr dəyişikliyi kimi qəbul edilə bilməz...”

Bəyanatda deyilir ki, indiki situasiyada heç kim prezidenti siyasi prosesə qatmağa çalışmamlıdır: “Prezidentə hər hansı təzyiq yolverilməzdir. Prezident heç vaxt heç bir siyasi qüvvəni dəstəkləməyib və dəstəkləməyəcək. Öz vəzifələrini yerinə yetirən prezident müstəsna olaraq dövlətin və xalqın maraqlarından çıxış edir. Prezident Sarkisyan ölkədə sabitlik mühitinin və dözümlülüyün saxlanmasına xüsusi əhəmiyyət verir”.

Fevralın 26-da xəbər verilib ki, prezident Armen Sarkisyan ölkədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylər göstərir.Məlumatda deyilir ki, Sarkisyan artıq Milli Məclisdəki partiya fraksiyalarının üzvləri, baş qərargahın rəisi Onik Qasparyan, habelə “Vətənin xilası” hərəkatının təmsilçiləri ilə görüş keçirib. Bunların hamısı baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Azadlıq Radiosunun Erməni xidmət yazır ki, bu arada Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Ermənistanda yaranmış böhranın çözülməsi üçün “vasitəçilik missiyasını” davam etdirir.Lakin Arutyunyanın konkret olaraq kimlərlə görüşdüyü bildirilmir.

Fevralın 25-də Araik Arutyunyan baş nazir Nikol Paşinyan və silahlı qüvvələr baş qərargahının rəisi Onik Qasparyanla görüşdüyünü bildirmişdi.

Bu da xəbər verilir ki, Arutyunyanın baş qərargah rəisi ilə görüşündə habelə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan da iştirak edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı