Ermənilər hər günü mitinqlə açır - Prezidentin qərarı nə olacaq? | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


Ermənilər hər günü mitinqlə açır - Prezidentin qərarı nə olacaq?

Dünya A- A A+

Yerevanda Baqramyan prospektində Ermənistan parlamentinin binası ilə üzbəüz Nikol Paşinyanın baş nazir postundan istefası tələbi ilə yenidən mitinq keçirilir. Eurasia Diary bildirir ki, bu barədə "Novosti Armenia" məlumat yayıb.

Artıq ikinci sutkadır ki, Paşinyanın istefasını tələb edən etirazçılar Baqramyan prospektindədirlər. Barrikadalar və soba qurublar və burada gecələyiblər.

İclaslar və yürüşlər hər gün keçirilir. Hərbçilər səlahiyyətlilərin istefası tələbinə qatılıb. Buna cavab olaraq Paşinyan prezidentə Baş Qərargah rəisi Onik Qasparyanın istefa layihəsini təqdim edib. Ermənistan prezidenti hələ petisiyanı imzalamayıb. Aktiv görüşlər və danışıqlar aparılır.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...