Ermənistan prezidenti müxalifətin qarşısında geri çəkildi | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


Ermənistan prezidenti müxalifətin qarşısında geri çəkildi

Dünya A- A A+

Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə qərarı təsdiqləməyib. Eurasia Diaryxəbər verir ki, sənədi baş nazir Nikol Paşinyana geri qaytarıb.

***

Ermənistan müxalifəti prezident Armen Sarkisyana saat 18:00-a qədər vaxt verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu saata qədər Baş Qərargah rəisi Onik Qasparyanın istefaya göndərilməsi barədə baş nazir Nikol Paşinyanın qərarını rədd etməlidir. Prezidentin qərara imza ataraq onu təsdiqləməsi halında, müxalifət ordunun qərara tabe olmamasını dəstəkləyəcəyini söyləyib.

Parlament binası qarşısında toplaşan müxalifət fəalları hüquq-mühafizə orqanlarını etirazlara qoşulmağa çağırıb. Hazırda paytaxt Yerevanda etiraz aksiyaları davam edir. Yaxın vaxtlarda prezident Armen Sarksiyanın Baş Qərargah rəisi ilə bağlı yekun qərar verməsi gözlənilir.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...