Manukyan prezidentlə görüş tələb edib - Ermənistan müxalifəti təşviş içində | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Manukyan prezidentlə görüş tələb edib - Ermənistan müxalifəti təşviş içində

Dünya A- A A+

Ermənistanda "Vətənin xilası naminə hərəkat" prezident Armen Sarkisyanla fövqəladə görüş tələb edib.

Ermənistan KİV-lərinə görə, Vazgen Manukyanın başçılıq etdiyi hərəkat prezidentin baş qərargah rəisi Onik Qasparyanın işdən çıxarılması qərarı barədə mövqeyindən narazı qalıb. Hərəkat prezidentlə təcili görüşmək tələbi ilə çıxış edib.

Müxalifət A.Sarkisyandan qərarın qüvvəyə minməsinin qarşısını almağı tələb edir.

Qeyd edək ki, Armen Sarkisyan sözügedən qərarı imzalamayıb, lakin Ermənistan konstitusiyasına görə, qərar bu mərhələdən sonra avtomatik qüvvəyə minəcək.

Unikal.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...