Qasparyan nə vaxta qədər vəzifədə qalacaq? - Ermənistan Ordusu məlumat yaydı | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Qasparyan nə vaxta qədər vəzifədə qalacaq? - Ermənistan Ordusu məlumat yaydı

Dünya A- A A+

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan vəzifəsini yerinə yetirməyə davam edir.

Eurasia Dairy Azvision.az-a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı açıqlamada deyilir.

"Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan 8 günlük müddət bitənə qədər (Ermənistan prezidentinin Konstitusiya Məhkəməsinə müraciətindən sonra) vətənə və xalqa xidmət göstərməyə davam edəcək".

Məlumatda bildirilir ki, Konstitusiyanın 168-ci maddəsinə görə, məhkəmə Baş Qərargah rəhbərinin vəzifəsindən kənarlaşdırılması məsələsini həll etmək və ya prezident fərmanı layihəsinin konstitusiyaya uyğunluğunu müəyyən etmək səlahiyyətinə malik deyil.

Prezident fərman layihəsini Konstitusiya Məhkəməsinə göndərə bilmədi, bu səbəbdən "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanunun müddəalarını mübahisələndirmək qərarına gəldi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...