Ermənistan müxalifəti Paşinyana quyu qazır - Prezidentlə görüş | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Ermənistan müxalifəti Paşinyana quyu qazır - Prezidentlə görüş

Dünya A- A A+

Ermənistan prezidenti Armen Sarkisyanın iqamətgahında “Vətənin qurtuluşu hərəkatının” liderləri ilə görüşü başlayıb. Görüşdə hərəkatın baş nazir müavini vəzifəsinə namizədi Vazgen Manukyan, “ARFD”nin nümayəndəsi Artsvik Minasyan, Respublika partiyasının nümayəndəsi Vəhram Baqdasaryan, Vətən partiyasının başçısı və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan iştirak edir.

"İndi prezidentlə görüşə gedirik, bundan sonra Armen Sarkisyanın mövqeyi aydınlaşacaq, niyə dəyişdiyi bəlli olacaq. Bundan sonra sualları cavablandıracağam", - Vanetsyan deyib.

Bundan əvvəl müxalifət Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün dövlət başçısı ilə görüş tələb etmişdi.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...