Köçəryan müxalifət hərəkatına rəhbərlik təklifindən imtina etdi | Eurasia Diary - ednews.net

18 Aprel,


Köçəryan müxalifət hərəkatına rəhbərlik təklifindən imtina etdi

Dünya A- A A+

Ermənistanın sabiq prezidenti Robert Köçəryan müxalif "Vətənin xilası hərəkatı"nın formatına yenidən baxmaq imkanını nəzərdən keçirmir.

Bu barədə o, Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında bəyan edib.

Ermənistanın keçmiş dövlət başçısından bu hərəkata rəhbərlik etmək niyyətində olub-olmadığını soruşublar.

R.Köçəryan qeyd edib ki, o, həqiqətən də erməni cəmiyyətinin xeyli hissəsinin ətrafında birləşə biləcəyi hərəkata dəstək verib. Onun sözlərinə görə, hazırkı lider Vazgen Manukyan layiqli, təcrübəli siyasətçidir. Köçəryan xatırladıb ki, hərəkatın vəzifəsi hökumətin istefası və ondan bir il sonra növbədənkənar seçkilərin keçirilməsidir.

Manukyan bu seçkilərdə iştirak etməyəcək. Bu mənada, Köçəryanın fikrincə, Ermənistanda bu qədər ciddi məsuliyyəti öz üzərinə götürməyə hazır olan siyasətçilərin sayı o qədər də çox olmayacaq.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...