"Ekspertlər Ermənistan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin bərpası xərclərini təxminən 3 milyard dollar olaraq qiymətləndirirlər".
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan martın 4-də rus KİV-ləri üçün mətbuat konfransında deyib.
Onun sözlərinə görə, regionda Türkiyənin təsiri güclənir.
"Düşünürəm ki, Silahlı Qüvvələrimizi sürətlə bərpa etməyə imkan verəcək Rusiya ilə inteqrasiya düsturunu tapmalıyıq", - deyə Köçəryan qeyd edib.