Köçəryan qan-qan deyir - “Yeni müharibə gözləyin” | Eurasia Diary - ednews.net

11 Aprel,


Köçəryan qan-qan deyir - “Yeni müharibə gözləyin”

Dünya A- A A+

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan cümə axşamı Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında bildirib ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə səbəb olacaq.

Eurasia Diary xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Onun sözlərinə görə, müharibə ATƏT-in Minsk Qrupunun deyil, Ermənistan rəhbərliyinin uğursuzluğu idi.

"İndi Minsk qrupuna ehtiyac var. Bu, Rusiyaya da sərfəlidir. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir. Ancaq dünya təcrübəsi göstərir ki, ədalətsiz sülh uzun sürə bilməz".

O, İkinci Dünya Müharibəsinin ədalətsiz “Versal sülh müqaviləsi” üzündən baş verdiyinə diqqət çəkib:

“Tərəflərdən biri müharibənin nəticəsi ilə razılaşmırsa, yeni müharibə gözləyin. Bu, əlverişli geosiyasi şərtlər olduqda baş verəcək.

Siyasi həll yolu tapmaq lazımdır. Əgər Azərbaycan Qarabağ problemini həll etdiyinə inanırsa, hətta bu gün ən yaxşı mövqelərinə baxmayaraq demək olar ki, hər şey əksinədir”.

Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...