Baş nazirin qalmaqallı səs yazısı ortaya çıxdı - Tbilisi bir-birinə dəydi | Eurasia Diary - ednews.net

23 Aprel, Cümə


Baş nazirin qalmaqallı səs yazısı ortaya çıxdı - Tbilisi bir-birinə dəydi

Dünya A- A A+

Gürcüstanın “Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, yazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir.

Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb.

Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. Avropalı Gürcüstan Partiyasının lideri Gigi Uqulava bildirib ki, növbədənkənar seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. Lelo Partiyası bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və hökumət başçısının istefasını tələb edib.

Hakim partiyanın parlamentdəki fraksiyasının sədri Mamuka Mdinaradze səsyazısını saxta adlandıraraq bildirib ki, yazı “KQBsayağı” montaj olunub.

Gürcüstan ombudsmanı Nino Lomcariya audioyazı ilə bağlı təhqiqat aparmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...