“Müharibə bizim üçün faciə ilə nəticələnib” - Abrahamyan | Eurasia Diary - ednews.net

15 May, Şənbə


“Müharibə bizim üçün faciə ilə nəticələnib” - Abrahamyan

Dünya A- A A+

“Hökumətin iclasında Nikol Paşinyan orduda genişmiqyaslı, dərin, məzmunlu islahatlar prosesinin başladığı barədə özünün və Müdafiə nazirinin fikrini bəyan etdi, təkrarladı”.

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Henekt” analitik mərkəzinin hərbi eksperti Tiqran Abrahamyan yazıb.

“Təsvir edilmiş bir keyfiyyət və miqyaslı islahat ola bilməz və onun ən vacib hissələrindən biri olan ictimai məlumatlandırma sektoru sıfırdır.

İctimai dinləmələr, müzakirələr, sadə əlçatan məlumat... heç nə yoxdur. Vədlər, bəyanat var və başqa bir şey yoxdur.

Bir-iki standart formuladan başqa “islahat” altında heç nə yoxdur. Ölkədə müharibə olub, üstəlik, bizim üçün faciə ilə nəticələnib, ancaq Müdafiə naziri hər formada suallardan yayınmağa davam edir”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...