Ermənistan Müdafiə Nazirliyinin bir sıra qadın əməkdaşları etirazçılar tərəfindən mühasirəyə alınan nazirlik binasından təxliyə olunur.
Eurasia Diary Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat verib.
İlk növbədə hamilə qadınlar, səhhətində problemi olan və ötən gecədən özünü pis hiss edən qadınlar vertolyotla təxliyə olunub.
Qeyd edək ki, itkin düşən erməni hərbçilərin valideynləri artıq bir gündür ki, Ermənistan MN-in binasını mühasirəyə alaraq etiraz aksiyası keçirirlər. Onlar müdafiə naziri Vaqarşak Harutyunyan və Baş Qərargah rəisi Artak Dakvtyan görüş tələb edirlər.