Beynəlxalq birliyin, ilk növbədə, "Normand formatı"nın iştirakçılarının vəzifəsi Kiyevdən imzalanmış sazişləri yerinə yetirməsini tələb etməkdir.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Qriqori Karasin danışıb.
Onun sözlərinə görə, Kiyevin "siyasi dağınıqlığı" böyüyərək, tezliklə faciəyə gətirə bilər:
"Bizim ümumi vəzifəmiz bu faciədən qaçmaqdır. Zənnimcə, hamıya aydın oldu ki, Rusiya Donetsk və Luqansk "respublika"larında yaşayan insanları darda qoymayacaq".