“Tovuzdan Qarabağa" kitabı ABŞ muzeyinə hədiyyə olunub | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


“Tovuzdan Qarabağa" kitabı ABŞ muzeyinə hədiyyə olunub

Dünya A- A A+

Jurnalist Malik Ayyub Sumbalın ermənilərin işğalçılıq siyasətindən bəhs edən “Tovuzdan Qarabağa" (“Tovuz to Karabakh”) kitabı ABŞ-ın Florida ştatının ikinci böyük şəhəri olan Mayamidə yerləşən “Holokost Xatirə Muzeyi”nə hədiyyə olunub.

Eurasia Diary yerli bürosu xəbər verir ki, nəşri muzeyə Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova təqdim edib.

O, muzeyin rəhbərliyi ilə görüşüb. T.Eminova Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edən kitab haqqında muzey rəsmilərini məlumatlandırıb: “Muzey rəhbərliyi ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən xəbərdardılar. Bu səbəbdən də kitabın muzeyə hədiyyə olunmasını yüksək qiymətləndirdilər”.

Qeyd edək ki, ABŞ-ın bir neçə böyük şəhər və ştatında fəaliyyət göstərən “Holokost Xatirə Muzey”lərini hər il on milyonlarla insan ziyarət edir. 

Report

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...