ABŞ Ordusu Avropada iki yeni birlik yaradır | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


ABŞ Ordusu Avropada iki yeni birlik yaradır

Dünya A- A A+

ABŞ Ordusu Avropa teatrında iki yeni birlik yaradacaq, bunun üçün qitəyə əlavə hərbi qulluqçular göndərməyi planlaşdırır.

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı məlumat yayıb.

Bildirilib ki, yaxın aylarda 500 hərbi qulluqçudan ibarət iki kontingent Almaniyanın Visbaden şəhərindəki qarnizonunda yerləşdiriləcək.

ABŞ Ordusunun Avropa və Afrika komandanlığı ilin əvvəlində yeni birliklərin yaradılması barədə çağırış etsə də, qərar indi verilib.

Məlumata görə, birliklər səhra artilleriyası, kompozit hava və raketdən müdafiə, kəşfiyyat, kiber məkan, elektron müharibə və kosmik elementlərdən ibarət olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...