İraqın şimalında törədilən raket hücumunda Türkiyə hərbi qulluqçusu həlak olub.
Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Məlumata əsasən, raketlərdən biri Qedu hərbi bazasına, digəri kəndə düşüb.
Nazirlik hücum nəticəsində Türk Ordusunun bir əsgərinin öldüyünü və bir uşağın yaralandığını qeyd edib.
Hücumdan sonra bölgəyə pilotsuz uçuş aparatı göndərilib və dərhal lazımi tədbirlər görülüb.
Nazirlik əsgərin ailəsinə başsağlığı verib və uşağın tezliklə sağalmasını arzu edib.