Əfqanıstanda partlayış olub. Bu barədə “Tolo News” telekanalı xəbər verib. Məlumata görə, hadisə Qəndəhar əyalətində qeydə alınıb. Yolun kənarına qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 4 dinc sakin həlak olub.
Qeyd edilir ki, ölənlərin hamısı bir ailənin üzvləridir. Hadisənin digər təffərüatları açıqlanmır.