“Bu, Çernobıldan da qorxunc olacaq” - Zelenskidən kritik açıqlama | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


“Bu, Çernobıldan da qorxunc olacaq” - Zelenskidən kritik açıqlama

Dünya A- A A+

Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya işğalı davam etdikcə, Donbas və Krım Çernobıldan da dəhşətli duruma düşəcək.

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, o, bu barədə Fransanın “Le Figaro” qəzetinə verdiyi müsahibəsində danışıb.

Zelenskinin fikrincə, Krım və Donbas Ukrayna olmadan xoşbəxt olmayacaq. O, buna misal olaraq, Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Dnestryanı bölgələri göstərib. Ukrayna lideri həmin bölgələrdə heç bir müsbət irəliləyişin olmadığını deyib: “İnsanlar xoşbəxtlik olmadığı üçün oranı tərk edirlər”.

“Bu işğal davam etdikcə, oralar ölü ərazilər olacaq. Çernobıldan da pis duruma gələcəklər”, - Zelenski qeyd edib.

O əlavə edib ki, həmin bölgədə yaşayan insanlar ukraynalı olduqlarını anlamalı və Ukraynanın suverenliyində yaşamaq istəməlidirlər.

“Vaxtilə Krımın gələcəyi haqda “Rusiyanın dəniz kənarındakı incisi” olacağını deyənlər vardı. Amma heç bir şey olmadı. Vəziyyət daha da pisləşdi, indi də orada turizm, müəssisələr, su və iş yoxdur. Buna görə inanıram ki, onlar üçün Ukraynasız gələcək yoxdur”, - Zelenski vurğulayıb.

Vladimir Zelenski mart ayının sonunda Krımın işğaldan azad edilməsi və reinteqrasiyası strategiyasını təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...