Rusiya Krım məsələsində Türkiyəni inandıracağına ümid edir - Peskov | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Rusiya Krım məsələsində Türkiyəni inandıracağına ümid edir - Peskov

Dünya A- A A+

Kreml ümid edir ki, Ankaranı Krımla bağlı mövqeyinin səhv olduğuyla bağlı inandıra biləcək. 

Eurasia Diary Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Bu fikir ayrılıqları Ukrayna tərəfi ilə çətin ki həll oluna bilər, amma ümid edirik ki, ardıcıl xəttimiz türk tərəfdaşlarımızın Krımla bağlı hazırkı mövqelərinin tamamilə səhv olduğuna inandırmasına imkan verəcək", - Peskov bildirib.

O, Türkiyənin Ukrayna da daxil olmaqla qonşuları ilə əlaqələr qurma haqqının olduğunu da əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın prinsipial mövqeyini dəyişdirməyəcəyini və hələ də Krımı Rusiya ərazisi kimi tanımaq fikrində olmadığını söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...