Raul Kastro vəzifəsindən istefa verib | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Raul Kastro vəzifəsindən istefa verib

Dünya A- A A+

Raul Kastro hakim Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən istefa verib.

Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə Kuba Kommunist Partiyasının mətbu orqanı olan “Granma” qəzeti məlumat yayıb.

“İnqilaba sadiq qalaraq, məmnuniyyətlə, ölkə rəhbərliyini onilliklər təcrübəsi olan bir qrup təlim keçmiş liderə təhvil verirəm. Soydaşlarımın nümunəsinə, anlayışına və dəyərinə çox inanıram, yaşadığım müddətdə Vətəni, İnqilabı və sosializmi qorumağa hazır olacağam”, deyə Kastro vurğulayıb.

Qeyd edək ki, Raul Kastro inqilabçı Fidel Kastronun kiçik qardaşıdır. O, 2008-ci ildən 2018-ci ilədək dövlət başçısı olub. 2011-ci ildən Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edir. Raul Kastro 1959-cu il inqilabından sonra 50 il hərbi nazir işləyib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...