Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Dünya A- A A+

Ukraynanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb.

Eurasia Diary-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynaın Rusiyadakı səfirliyi məlumat verib.

Bildirilib ki, müvəqqəti işlər vəkili Sankt-Peterburqda saxlanılan ukraynalı konsulla bağlı çağırılıb.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti aprelin 16-da Ukraynanın Sankt-Peterburqdakı Baş konsulu Aleksandr Sosonyukun saxlanılması barədə məlumat yayıb. Bildirilib ki, ukraynalı diplomat RF vətəndaşı olan bir şəxslə görüşüb Rusiya hüquq-mühafizə orqanlarının və Federal Təhlükəsizlik Xidmətinin məlumat bazalarından götürülən məxfi məlumatı alarkən saxlanılıb. Ukrayna XİN diplomatın artıq buraxıldığını və geri çağrılacağını bildirib. XİN sözçüsü bunu Rusiyanın təxribatı adlandırıb.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...