İsrail Səhiyyə Naziriliyi yoluxma sayında xeyli azalma müşahidə edildiyini nəzərə alaraq, bu gündən etibarən açıq havada qoruyucu maska taxmaq qadağasını ləğv edib.
Eurasia Diary Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, buna baxmayaraq qapalı məkanlarda maska taxmaq məcburiyyəti qüvvədə qalır.
İsrailin səhiyyə naziri Yuli Edelsteyn qadağaların aradan qalxmasına baxmayaraq, ölkə vətəndaşlarına üzərlərində ehtiyat maskalar saxlamağı tövsiyə edib.
Qeyd edək ki, 9,3 milyon əhalisi olan İsraildə 5 milyon 338 min 273 nəfərə COVID-19 peyvəndinin birinci, 4 milyon 960 min 281 nəfərə isə ikinci dozası tətbiq olunub.