Britaniyada “düşmən dövlətlər”ə qarşı mübarizə üçün yeni qayda | Eurasia Diary - ednews.net

14 May, Cümə


Britaniyada “düşmən dövlətlər”ə qarşı mübarizə üçün yeni qayda

Dünya A- A A+

Böyük Britaniya səlahiyyətliləri “düşmən dövlətlərin” hərəkətlərinə qarşı mübarizə üçün yeni qanun tətbiq etmək niyyətindədir.

Eurasia Diary Oxu.az-a istinadən xəbər verir ki, ölkənin Baş naziri Boris Conson “Rusiya və Çinin hərəkətləri ilə bağlı artan narahatlıqlar fonunda” qanunun qəbul edilməsini planlaşdırır.

Qəzetin yazdığına görə, yeni tədbirləri elan etmək üçün kraliça II Yelizavetanın çıxışından istifadə edilib.

Yeni qanuna əsasən, Britaniyada xarici ölkələrin hökuməti adından işləyən hər kəs ölkədə olmaqları ilə bağlı qeydiyyata düşməlidir. Bu tələbin pozulması cinayət əməli hesab olunacaq.

Bundan əlavə, Britaniya hökuməti dövlət sirləri haqqında qanunu yeniləmək niyyətindədir. Qanunun müddəaları “xaricdən Britaniyanın maraqlarını pozmağa çalışan” şəxslərə qarşı istifadə ediləcək. Söhbət xüsusilə, “düşmən dövlətlər adına” çalışan hakerlərdən gedir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...