Test uçuşları uğurlu keçən Akıncı hücum İHA-sı bu ilin sonuna qədər ordunun istifadəsinə veriləcək.
Eurasia Diary Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Məlumata görə, Akıncı əsasən hava-hava əməliyyatları üçün nəzərdə tutulub və sinfinin ən güclüləri arasında yer alır. Bu xüsusiyyətlərə malik İHA-ları dünyada 4 ölkə istehsal edə bilir.
12 min metr yüksəklikdə uça bilən Akıncı, 24 saat havada qala bilir.