Rusiya müxalifətinin lideri Aleksey Navalnıya dəstək mitinqi keçirilir. Bu barədə BBC məlumat yayıb. Bildirilib ki, Rusiyanın Uzaq Şərq bölgəsindəki şəhərlərdə - Maqdan, Xabarovsk, Vladivostok, Petropavlovsk-Kamçatka və başqa şəhərlərdə “Navalnıya azadlıq!”, “Navalnıya həkim!” şüarları altında mitinqlər keçirilir.
Məlumata görə, aksiya başlamazdan əvvəl polis müxalifət liderinin tərəfdarlarını tutub.