Türkiyədə koronavirus qadağası - 3 günlük komendant saatı | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Türkiyədə koronavirus qadağası - 3 günlük komendant saatı

Dünya A- A A+

Türkiyə hökuməti ölkədə yoluxma hallarının artması fonunda cümə günündən bazar gününə qədər 3 günlük komendant saatı tətbiq edəcək.

Eurasia Diary Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"23 aprel rəsmi tətil - Milli İstiqlal və Uşaqlar Günü olduğuna görə, bu həftə komendant saatı 22 aprel saat 19:00-da başlayacaq və 26 aprel saat 05:00-da bitəcək",- deyə məlumatda qeyd olunub.

Komendant saatının tətbiq olunduğu dövrdə vətəndaşlar yalnız saat 10:00-dan 17:00-dək mağaza və apteklərə, həkimə getmək və ev heyvanını gəzdirmək məqsədilə evlərindən çıxa bilərlər.

Qeyd edək ki, Türkiyədə bu günə qədər 4 milyon 446 min 591 nəfər koronavirusa yoluxub, 36 min 975 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...