“Gürcülər və ermənilər qardaşdır” - Sarkisyan məktub yazdı | Eurasia Diary - ednews.net

8 May, Şənbə


“Gürcülər və ermənilər qardaşdır” - Sarkisyan məktub yazdı

Dünya A- A A+

Ermənistan prezidenti Armen Sarkisyan gürcü həmkarı Salome Zurabişviliyə təşəkkür məktubu göndərib.

Eurasia Diary Teleqraf.com xəbər verir ki, Ermənistan prezidenti Salome Zurabişviliyə səmimi qəbula, eyni zamanda Tbilisiyə səfəri zamanı konstruktiv danışıqlar apardığına görə təşəkkür edib.

“Bizim qarşılıqlı etimad və hörmət şəraitində keçirdiyimiz görüş Ermənistan və Gürcüstan arasında əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi üçün yeni vektorları müəyyən etdi. Ermənistan və Gürcüstan xalqlarının gələcək nəsilləri arasında əlaqələrin formalaşmasına cavabdeh olduğumuz fikri ilə birmənalı şəkildə razıyam”, – deyə A.Sarkisyan qeyd edib.

Ermənistan prezidentinin sözlərinə görə, iki ölkənin texnologiya, təhsil, elm, infrastruktur, süni intellekt, energetika və nəqliyyat kimi sahələrdə ortaq maraqları və əməkdaşlıq perspektivləri var.

Sarkisyan səfər zamanı əldə olunan razılaşmaların “iki qardaş xalqın” rifahı naminə ölkələr arasında əməkdaşlığı daha da gücləndirəcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan 15-16 aprel tarixlərində Gürcüstana rəsmi səfərdə olub. Səfər çərçivəsində o, gürcü həmkarı Salome Zurabişvili ilə görüşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...