Qırğızıstanla Tacikistan arasındakı bölgəyə xüsusi status veriləcək | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Qırğızıstanla Tacikistan arasındakı bölgəyə xüsusi status veriləcək

Dünya A- A A+

Yaxın gələcəkdə Qırğızıstanın Tacikistanla silahlı sərhəd qarşıdurmasının baş verdiyi Batken vilayətinə xüsusi status veriləcək.

Eurasia Diary Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər yayıb.

“Müvafiq qərar mənim tərəfimdən imzalanıb və parlamentə baxılması üçün göndərilib. Qəbul edilən kimi Batken bölgəsi vergi güzəştləri daxil olmaqla xüsusi status alacaq”, – deyə respublikanın Baş naziri Ulukbek Maripov bölgəyə səfəri zamanı açıqlayıb.

Maripov bölgə sakinlərinin qarşıdurma zamanı dağılmış evlərinin dövlət hesabına bərpa ediləcəyinə də söz verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...