NATO qırıcıları Türkiyə sərhədinə endi - Rusiyaya gözdağı | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


NATO qırıcıları Türkiyə sərhədinə endi - Rusiyaya gözdağı

Dünya A- A A+

NATO son 25 ilin ən böyük hərbi təlimlərindən biri olan “Defender Europe-21” üçün hazırlıqlarını başa çatdırır.

Adı çəkilən təlimdə Türkiyə də daxil olmaqla 26 ölkə iştirak edəcək.

Balkan yarımadası 17 may-2 iyun tarixlərində baş tutacaq bu ilki NATO təlimlərinin mərkəzidir.

Təlimdə iştirak edəcək ölkələrə texnika və sursatların tədarükü mart ayında başlayıb.

Təlimlər çərçivəsində ABŞ döyüş təyyarələri Yunanıstan-Türkiyə sərhədlərinə enib.

ABŞ Donanmasının bir döyüş gəmisi bu məqsədlə Albaniyanın Durres limanına çatdırılıb.

İngiltərə hərbi gəmisinin də, yaxın vaxtlarda limana gələcəyi açıqlanıb.

Türkiyənin də iştirak edəcəyi məşqlərdə 21-i NATO üzvü olan 26 ölkə iştirak edəcək.

Təlim 12 ölkədə 28 min əsgərin iştirakı ilə keçiriləcək.

Bosniya-Herseqovina, Kosovo, Moldova, Ukrayna və Gürcüstan NATO üzvü olmalarına baxmayaraq, “Defender Europe 21” -ə qatılan ölkələr arasındadır.

ABŞ liderliyindəki hərbi məşqlər “Rusiyaya gözdağı” adlandırılır.

Teleqraf.com

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...