Avropa İttifaqı təhlükəyə hazırlaşır? - Operativ silahlı qüvvələr yaradılır | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


Avropa İttifaqı təhlükəyə hazırlaşır? - Operativ silahlı qüvvələr yaradılır

Dünya A- A A+

Avropa komissiyası İttifaqın operativ silahlı qüvvələrinin yaradılması barədə təklif hazırlayıb.

Eurasia DairyRİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrel məlumat verib.

“Biz daha hazırlıqlı olmalıyıq. Bu səbəbdən də fövqəladə hallar zamanı operativ reaksiya göstərə bilən silahlı bölmələrin yaradılması ideyasına qayıtmışıq”, - deyə o bildirib.

Qeyd olunub ki, operativ silahlı qüvvələrinin yaradılması təklifi Aİ müdafiə nazirlərinin iclası zamanı əsas müzakirə mövzularından biri olub. Nazirlər beş min nəfərlik silahlı bölmənin formalaşdırılması ideyası ətrafında fikir mübadiləsi aparıblar.

Hazırda bu təklifin 14 Avropa dövləti, o cümlədən də Almaniya və Fransa tərəfindən dəstəkləndiyi bildirilib.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...