General Muradov göstəriş verdi - Xocavənddə faşist abidəsi sökülməlidir | Eurasia Diary - ednews.net

14 İyun, Bazar ertəsi


General Muradov göstəriş verdi - Xocavənddə faşist abidəsi sökülməlidir

Dünya A- A A+

Xocavənddəki erməni faşist kollabrasionisti Qaregin Njdenin abidəsinin sökülməsinə göstəriş verilib.

Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistanın “lragir.am” nəşri məlumat verib.

Göstərişin şəxsən Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradov tərəfindən verildiyi bildirilir.

Qeyd edək ki, ötən gün Moskva vilayəti üzrə Böyük Vətən Müharibəsi veteranları, Silahlı Qüvvələrin və hüquq-mühafizə orqanlarının əmək veteranlarının “Dolqoprudnenskaya” ictimai təşkilatı faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu xatırladaraq, faşist kollaborasionisti Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi üçün federal orqanlara müraciət edib.
 
Xatırladaq ki, Qaregin Njdenin Xocavənddəki abidəsi Qarabağda döyüş əməliyyatlarının bitməsindən sonra ucaldılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...