“Dünyanı faşizmdən azad etmək uğrunda həyatlarını riskə atanlara, qurban verənlərə təşəkkür edirik”.
Eursasia Diary APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Hayko Maas Avropada İkinci Dünya müharibəsinin bitməsi ilə bağlı mayın 8-də tvitter səhifəsində yazıb.
“Təəssüf ki, faşizm ideyası bu gün də tamamilə aradan qalxmayıb. Hər gün birlikdə demokratiya və azadlığı müdafiə etməliyik”, - o yazıb.
Xatırladaq ki, Almaniya Avropada İkinci Dünya müharibəsinin bitməsini və milliyyətçi-sosializmdən azad edilməsini mayın 8-də qeyd edir. 1945-ci il mayın 8-dən 9-na keçən gecə Hitler Almaniyası tam və qeyd-şərtsiz kapitulyasiya aktını imzalayıb.