Rusiyanın interneti ələ keçirmək planı “Vaşinqton Post”

Dünya 22:36 08.05.2021

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Rusiyanın internetə nəzarəti ələ keçirmək planı artıq sirr deyil” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi qəzetin beynəlxalq məsələlər üzrə icmalçısı Devid İqnatiusdur.

Eurasia Diary Novator.az-a istinadən məqalənin ingiliscədən tərcüməsini təqdim edir

Rusiyanın internetə nəzarəti ələ keçirmək kampaniyası artıq onun kəşfiyyat xidmətlərinin gizli manevri olmaqdan çıxıb, açıq xarakter alıb. İndi bu məsələ, prezident Vladimir Putinin də dediyi kimi, Rusiyanın xarici siyasətində əsas element, qarşıya qoyulmuş bir məqsəddir.

Aprelin 21-də Federal Məclisə illik müraciətində Putin Rusiyanın informasiya, kiber təhlükəsizlik məsələlərində beynəlxalq dialoqu normallaşdırmaq üçün çoxlu təklif irəli sürdüyünü deyib, eyni zamanda ABŞ-ın və digər ölkələrin bu təkliflərdən boyun qaçırmasından gileylənib: “Biz dəfələrlə təklif etmişik. Amma hamı bu məsələnin müzakirəsindən yayınır”.

“Beynəlxalq dialoq” təklifi dünyanın ən böyük kiberxuliqanından gəldiyi üçün bir qədər qıcıq doğurur. Rusların bəzən “informasiya məkanı” adlandırdıqları bu sahəyə nəzarət etmək məsələsi uzun müddət Moskvadan ötrü kəşfiyyat prioriteti olub.

İnternetə nəzarət uğrunda diplomatik həmlələri isə Rusiya iki istiqamətdə edir. Birincisi, Moskva 2001-ci il tarixli Budapeşt Konvensiyasından imtina edib, çünki bu sənəddə internet məkanına müdaxilələrə imkan açan çox müddəa var. BMT Rusiyanın Budapeşt Konvensiyası əvəzinə kiber cinayətkarlığı tənzimləyən yeni müqavilə qəbul etmək təklifini dəstəkləyib.

İkincisi, Rusiya BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri postuna öz namizədini seçdirmək məqsədilə lobbiçilik edir. Beynəlxalq Telekommunikasiya İttifaqı Rusiyaya hazırda internet ünvanlarını idarə edən İCANN təşkilatını sıxışdırmaq üçün lazımdır.

Beynəlxalq tənzimləyicilik uğrunda bu mübarizə kimlərəsə qəribə görünə bilər. Ancaq bu elə-belə məsələ deyil, XXI əsrin sonunadək internet rabitəsi qaydalarını kimin yazacağını müəyyənləşdirmək uğrunda aparılan bir mübarizədir.

Moskvanın Beynəlxalq Telekommunikasiya İttifaqına dair planını Rusiya Xarici İşlər Nazirliyinin informasiya və kommunikasiya texnologiyalarından siyasi müstəvidə istifadə üzrə xüsusi koordinatoru Ernest Çernuxin diqqətə çatdırıb. O, heyrətamiz dərəcədə açıq danışıb.

Çernuxin fikirlərini aprelin 21-də – Putin çıxış elədiyi gün səsləndirib. Bildirib ki, internet idarəçiliyi səlahiyyətlərinin BMT-nin bu sahədə lazımi təcrübəsi olan ixtisaslaşmış strukturuna – Beynəlxalq Telekommunikasiya İttifaqına həvalə olunması ən optimal variantdır: “2022-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə keçiriləcək seçkidə rusiyalı namizədin irəli sürülməsi və seçilməsi, habelə 2025-ci ildə Rusiyada BMT-nin İnternet İdarəetmə Forumunun keçirilməsi bu strateji məsələnin həllinə kömək edə bilər”.

Rusiyanın Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri postuna namizədi rabitə nazirinin sabiq müavini və Çinin “Huawei” telekommunikasiya şirkətinin keçmiş rəhbərlərindən biri Rəşid İsmayılovdur.

ABŞ-ın bu posta namizədi telekommunikasiya eksperti, Beynəlxalq Telekommunikasiya İttifaqının inkişaf bürosunun direktoru Dorin Boqdan-Martindir.

Hazırda internetin texniki idarəçiliyi İCANN təşkilatının icraatındadır. İCANN 1998-ci ildə ABŞ Müdafiə Nazirliyinin ARPANET sistemindəki domen adlarına nəzarət etmək üçün yaradılıb. Təşkilat 2016-cı ilədək, yəni tam özəlləşənədək ABŞ Ticarət Nazirliyi ilə müqavilə əsasında işləyib.

Görünür ABŞ-ın internetin bünövrəsində durması Putini əsəbləşdirir və onu hökmranlıq uğrunda danışıqlara atılmağa sövq edir.

2014-cü ildə Putin bir müsahibəsində demişdi ki, internet ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsi kimi yaradılıb, elə o qaydada da inkişaf etdirilir.

Rusiyanın sabiq prezidenti, indi Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Mevedyev də bu ilin fevralında bir açıqlamasında gileylənərək belə söyləmişdi: “Bilirsiniz ki, internet müəyyən bir dövrdə yaranıb və əlbəttə ki, onun əsas idarəetmə hüquqları ABŞ-dadır”.

Rusiya internet kommunikasiyalarının gələcəyini formalaşdıracaq qaydalar uğrunda mübarizəyə atılmağa hazırdır. Amma ABŞ prezidenti Cozef Baydenin administrasiyası da ədalətli və açıq qaydaları qoruyub saxlamaq üçün əzmkarlıqla müqavimət göstərməyə hazır görünür.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Hamısı