Lavrovla Çavuşoğlu İsrailə çağırış etdi | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Lavrovla Çavuşoğlu İsrailə çağırış etdi

Dünya A- A A+

Ötən gün Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı tərəflər Fələstinlə bağlı İsrailə çağırış ediblər.

Eurasia Diary Qafqazinfo-ya istinadən xəbər verir ki, XİN rəhbərləri fələstinlilərin Şeyx Cərrah bölgəsindən uzaqlaşdırılmasını pisləyib və müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıblar. 

Bundan əlavə, nazirlər “Sputnik V” peyvəndinin Türkiyəyə gətirilməsinin təşkili və iki ölkə arasındakı razılaşma çərçivəsində Türkiyədə istehsalı ilə əlaqədar məsələləri də müzakirə ediblər. 

Görüşdə Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...