Daha bir hərbi çevriliş hədəsi Onların məqsədi nədir?

Dünya 09:17 12.05.2021

Fransa ordusu bu günlərdə hökumətə ölkədə radikal islamçıların yaratdığı təhdid barədə daha bir xəbərdarlıq edib. Xəbər verildiyi kimi bu dəfə xəbərdarlıq hazırda xidmətdə olan hərbçilərin adından yayılıb, amma anonim şəkildə. Ordunun hər hansı formada siyasətə qarışmasının konstitusiya ilə qadağan edildiyi Fransada bu məktublar ciddi narahatlıq və rezonans doğurub.

Fransa hərbçilərinin son bir ayda dərc etdikləri hakimiyyətə ünvanlanan ikinci açıq məktubunda deyilir ki, ölkədə radikal islamçılarla vətəndaş müharibəsi közərir. Anonim məktub bazar günü axşam ultra-mühafizəkar Valeurs Actuelles jurnalının saytında dərc olunub. Məktubun müəllifləri müxtəlif rütbəli və müxtəlif qoşun növlərində həqiqi xidmətdə olduqlarını yazır. Saytın sayğacına əsasən, bazar ertəsi günortaya kimi təxminən 150 min nəfər sayta abunə yazılıb.

Məktubda, o cümlədən, deyilir ki, Fransada bir sıra rayon və dini icma yaranıb və onların üzvləri üçün bu ölkə "sadəcə, sarkazm, nifrət, kin obyektidir".

"Fransada vətəndaş müharibəsi közərir və siz bunu yaxşı bilirsiniz [...] Hərəkətə gəlin, xanımlar və cənablar [...] İndi söhbət sizin vəzifənizdə qalmaq və ya yenidən seçiləcəyinizdən getmir, indi söhbət ölkəmizin - sizin ölkənizin - sağ qalıb yaşamasından gedir", - məktub müəllifləri bəyan edir.

Müəlliflər təkid edirlər ki, onların arasında Əfqanıstanda, Malidə və Mərkəzi Afrika Respublikasında xidmət edən və Fransanın daxilində terrorçuluğa qarşı əməliyyatlarda iştirak edənlər də var.

Fransa xarici işlər naziri Gerald Darmanin məktubu yazanlari qətiyyətlə pisləyib. "Mən hesab edirəm ki, əgər sən orduda xidmət edirsənsə, gərək belə şeylər etməyəsən. Bu insanlar anonim çıxış edib. Bu igidlikdir, nədir?" - nazir BFM telekanalına deyib.

Qeyd edək ki, aprel ayında hərbi mövzulara həsr olunmuş saytda, daha sonra isə həmin Valeurs Actuelles jurnalında mahiyyətcə eyni olan belə bir məktub dərc olunmuşdu. İkinci məktubu yazanlar birinci məktubun müəlliflərinin haqlı olduğunu qeyd edib.

İlk məktubu bir neçə fəaliyyətdə olan zabit və 20-yə yaxın ehtiyatda olan general imzalamışdı və həm mülki hakimiyyət, həm hərbi rəhbərlik siyasətə qarışmaq cəhdinə görə onları cəzalandırmaqla hədələmişdi.

Həmin məktubun müəllifləri dolayısı ilə, həmçinin, onların bildirdiyi kimi, "ölkəyə, onun ənənələrinə, mədəniyyətinə nifrət edən və onun keçmişi və gələcəyini qopararaq dağıtmaq istəyənlərin" dəstəklədiyi irqçilik və müstəmləkəçilik irsinə qarşı mübarizə əleyhinə çıxış ediblər. Məktub müəlliflərinin fikrincə, bütün bunlar Fransada konstitusiya deyil, ehkamçılığın hökm sürdüyü ərazilərin peyda olmasına aparır.

 "Ölkəmizi idarə edənlər mütləq bu təhlükəni aradan qaldırmaq üçün özlərində cəsarət tapmalıdırlar. Bunun üçün çox vaxt sadəcə mövcud olan qanunların istifadə olunması kifayətdir. Daha uzatmaq olmaz, əks təqdirdə sabah bu hərc-mərcliyə vətəndaş müharibəsi son qoyacaq və məsuliyyəti sizin boynunuza düşən qurbanların sayı minlərlə hesablanacaq", - fransalı hərbçilər xəbərdar edir.

Baş nazir Jean Castex bu məktubu Fransa Respublikasının ''özülünə qəsd'' adlandırıb, silahlı qüvvələr naziri Florence Parly deyib ki, müəlliflər siyasət və din mövzularında hərbçilərin çıxış etməsini qadağan edən qanunu pozduqlarına görə cəzalandırılacaqlar. Qərargah rəisi general François Lecointre dəqiqləşdirib ki, cəza tədbirləri müxtəlif ola bilər - inzibati töhmətdən istefayadək.

2022-ci ildə Fransada keçiriləcək prezident seçkilərində Emmanuel Macron çox güman ki, yenidən sağçıların lideri Marine Le Pen-ə qarşı mübarizə aparacaq. Fransa şərhçilərinin müşahidələrinə görə, son vaxtlar Macron hökuməti də islam və mədəniyyət müxtəlifliyi məsələlərində bir qədər "sağa meyllənib".

Ötən ilin dekabrında Fransa hökuməti dünyəvi dövlət dəyərlərinin müdafiəsi haqqında qanun layihəsini təsdiq edib. Layihəyə əsasən, internetdə düşmənçiliyin qızışdırılması ilə mübarizənin daha da sərtləşdirilməsi, islam dininə aid ''qədim radikal əlyazmaların'' tədris edildiyi gizli və yarımgizli məktəbləri işlətməkdə və çoxarvadlılıqda təqsirləndirilənlərə ölkədə yaşamaq icazəsi sənədini verməmək təklif olunur.

Bundan başqa, hökumət respublika dəyərlərini tanımaq istəməyən İslam təşkilatları üçün dövlət yardımının təqdim edilməsi qaydalarının sərtləşdirilməsini, eləcə də dinlə bağlı geyimlərə qadağaların genişləndirilməsini təklif edir: hazırda geyim qadağası dövlət qulluqçularına aiddir, lakin nəqliyyat, üzgüçülük hovuzları və bazar işçilərinə şamil edilməsi də təklif olunur.

Sosioloqların hesablamalarına görə, müsəlmanlar Fransanın təxminən 5 faizini təşkil edir. Buna dair rəsmi statistika yoxdur, bu qəbildən məlumatın toplanması Fransa qanunları ilə birbaşa qadağan olunur.

Xatırladaq ki, Fransada İŞİD və digər radikal islamçı qruplaşmalar tərəfindən dəfələrlə qanlı terror hücumları törədilib. Fransa şəhərlərində həqiqətən radikal islamçıların faktiki nəzarətində olan məhəllələr, rayonlar meydana çıxıb. Lakin bütün bunlara baxmayaraq Fransa başda olmaqla bir sıra Avropa ölkələrində islamafobiya meylləri də güclənməkdədir və indi Fransa hərbçilərinin hökuməti “radikal islamçılara qarşı daha qətiyyətli mübarizəyə” səsləyən bəyanatlarını həm də bu meyllərlə əlaqələndirmək olar.

Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO

Xəbər xətti

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Media: About 30 Israeli generals and Shin Bet officers held hostage by Hamas
Media: About 30 Israeli generals and Shin Bet officers held hostage by Hamas
15:00 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
President Ilham Aliyev: ‘Azerbaijan is determined to continue active interaction with Kyrgyzstan in all areas’
14:38 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Hamısı