Türkiyə və Misirin yaxınlaşmasına görə Yunanıstan çox narahatdır | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Türkiyə və Misirin yaxınlaşmasına görə Yunanıstan çox narahatdır

Dünya A- A A+

Yunanıstan Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürərək təxribatçı diplomatiya həyata keçirir.

Bu barədə “A Haber” məlumat yayıb.

“Afina Aralıq dənizinin şərq hissəsində xəyallarını gerçəkləşdirmək və Türkiyəni buradan uzaqlaşdırmaq üçün bölgə ölkələri ilə Ankara arasındakı əlaqələri “vurmağa” çalışır. Yunanıstan Türkiyə ilə Liviya arasındakı dəniz yurisdiksiyası müqaviləsinin etibarsız olduğunu iddia edir. Yunanlar müqaviləni Avropa Birliyi (AB) qanunlarına uyğun olmadığı tezisi ilə əsaslandırır. Ancaq AB bu mövzuda hökm vermək səlahiyyətində deyil”, - məlumatda bildirilib.

Bundan başqa, Yunanıstanın Ankara ilə Qahirənin yaxınlaşmasından da narahat olduğu vurğulanır:

“Əgər Misir Türkiyə ilə dəniz yurisdiksiyası haqqında müqavilə imzalayarsa, onda Qahirənin 40 min kvadrat kilometr ərazi əldə etmək imkanı yaranacaq. Türkiyə Misir xalqının mənfəəti üçün lazım olan addımları atmağa hazırdır”.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...