ABŞ artıq postpandemiya dövrünə qədəm qoyub

Dünya 23:37 16.05.2021

ABŞ artıq postpandemiya dövrünə qədəm qoyub. Bu nailiyyət COVİD-19 pandemiyasını tarixdəki digər pandemiyalardan fərqləndirən bir aspektin hesabına baş verir: elmin qələbəsi.

Eurasia Diary Novator.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Vaşinqton Post” qəzetində “COVİD-19 pandemiyası innovasiyalara yol açıb. Buna sevinmək olar” başlıqlı məqalə dərc edilib.

COVİD-19 pandemiyasının davam etdiyi bir il ərzində dünyada bir neçə yüksək keyfiyyətli peyvənd hazırlandı. Bu böyük uğur həqiqətən də təqdirəlayiqdir. On il əvvəl bütün alimlər iddia edirdilər ki, yeni xəstəliyin müalicəsi ilə bağlı bir peyvənd hazırlamaq üçün təxminən 10-15 il vaxt və böyük imkanlar lazımdır.

ABŞ-da yetkinlik yaşına çatmış insanların yarıdan çoxuna peyvəndin ən azı birinci dozası vurulub. Ölkənin demək olar hər yerində gündəlik yoluxma hallarının və xəstəxanaya yerləşdirilənlərin sayı sürətlə azalır. Hətta bəzi ştatlarda daha yeni yoluxma qeydə alınmır. Təbii ki, təhlükə hələ tam sovuşmayıb. Peyvəndləmə tempi yüksək deyil və COVİD-19-un yeni variantları meydana çıxır.

Hər nə qədər təhlükə olsa da, biz ABŞ-dakı cari vəziyyətə baxıb COVİD-dən sonrakı həyatı xəyalımızda canlandıra bilərik. Bizi tamamilə işıqlı bir gələcək gözləyir.

Amerikada postpandemiya dövrünün ən önəmli aspekti iqtisadi yüksəliş ola bilər. 2008-ci ilin maliyyə böhranından fərqli olaraq pandemiya dövründəki iqtisadi durğunluğun ardınca böyük irəliləyişlər gözlənir. Bu, qismən böhranın tam fərqli xarakterə malik olması ilə əlaqədar olsa da, daha çox Vaşinqtonun iqtisadiyyatı pul axını ilə təmin etməsi və nəticədə həm biznes müəssisələrinin, həm də adi vətəndaşların xərcləməyə vəsaitlərinin olması ilə bağlıdır.

Sonuncu böyük pandemiyadan, yəni 1918-ci ilin qrip epidemiyasından sonra “coşğun iyirminci illər” başlandı. COVİD-19 pandemiyasının belə bir davamlı yüksəlişə gətirib çıxaracağını demək üçün hələ çox tez olsa da, nikbin düşünməyə səbəblər var.

Bu səbəblərdən ən önəmlisi innovasiyadır. Çətinliklər insanları hər zaman yeni həll yolları axtarmağa, yeni texnologiyalardan istifadə etməyə və köhnə fikirlərdən uzaqlaşmağa vadar edir.  İqtisadi obyektlərin fiziki fəaliyyətinin məhdudlaşdırıldığı bir dövrdə ABŞ-da iqtisadiyyatın əksər sektorunun rəqəmsal dünyada fəaliyyət göstərmək və uğur qazanmaq qabiliyyəti hətta texnologiya həvəskarlarını da təəccübləndirdi.

Bu nailiyyətləri qoruyub saxlamaq olar. Bir satıcıdan bu sözləri eşitdim: “Mağazada insanlarla canlı ünsiyyət qurmaq üçün çox darıxmışam. Canlı ünsiyyət olmayanda elə bil nəsə vacib bir şey çatışmır. O biri yandan pandemiyaya qədərki dövrlə müqayisədə hər həftə sözün əsl mənasında 10 dəfə daha çox sifariş alıram. Sifarişlərin artması mənim həyatımı tamam dəyişib”.

Hətta hökumət idarələri də innovasiyalar tətbiq edir. Nyu-York elan edib ki, səkilərdə qurulan yeməkxanalar daimi olacaq. Artıq qarlı havalarda məktəbləri bağlamaq əvəzinə həmin günlərdə dərslərin onlayn qaydada keçirilməsinə qərar verilib (qəribədir ki, şagirdlər bunun heç bir səmərə vermədiyini deyirlər).

Biz keçmişə nəzərə salmaqla innovasiyaların əhəmiyyətini daha yaxşı anlaya bilərik. Ötən əsrin 90-cı illərinin əvvəllərində heç kəs inanmazdı ki, informasiya texnologiyasının geniş tətbiqi nəticəsində səmərəlilik bu qədər arta bilər. Həmin vaxt heç onlar bu kəskin artımdan bir neçə il sonra səmərəliliyin sirli şəkildə azalacağını da düşünməzdilər. Amma mikro səviyyədə biz bir sıra biznes müəssisələrinin, hökumət idarələrinin və insanların COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə necə uyğunlaşa bildiyinə, köhnə üsulları bir kənara qoyub gələcəkdə səmərəliliyi artırmaq üçün əllərindən gələni etdiklərinə şahid olduq. Elm və texnologiyaya böyük sərmayələrin qoyulduğunu da nəzərə alsaq, bizi həqiqətən də əlverişli bir dövrün gözlədiyini demək olar.

Avropanın peyvəndləmə kampaniyası bürokratik problemlər içərisində öz effektivliyini itirdiyinə görə ABŞ-dan bir addım geridədir. Avropada peyvəndləmə kampaniyasının uğursuzluğu bir çox cəhətdən pandemiyanın ilk mərhələsində ABŞ-da hökm sürən çıxılmaz vəziyyəti xatırladır.

Artıq Avropa özünü ələ alıb. O, daha böyük əhəmiyyətə malik bir qərar verib: qitənin ən güclü iqtisadiyyata sahib olan ölkələrinin – Almaniya və Fransanın dəstəyi ilə borc vəsaiti götürmək və bütün digər Avropa ölkələrinə bu vəsaitdən öz iqtisadiyyatlarını dirçəltmək üçün yararlanmağa icazə vermək. Bu qərar Avropanın geniş peyvəndləmə kampaniyaları apararaq və iqtisadiyyatı dirçəldərək qısa müddətdə ABŞ-la eyni səviyyəyə çatacağını düşünməyə əsas verir. Avropalıların cəsarətli fiskal yenilikləri də gələcəkdə Avropa İttifaqının daha güclü olmasına imkan yarada bilər.

Hazırda bu mənzərənin qaranlıq tərəfi inkişafda olan ölkələri gözləyən vəziyyətdir. COVİD Hindistanı viran qoyub. Pandemiya həmçinin Afrika qitəsinin böyük hissəsini, digər yoxsul ölkələri pis vəziyyətə sala bilər. Lakin hətta bu halda belə müsbət tərəflər barədə düşünmək olar.

Pandemiya Hindistanı kökündən silkələdi, ölkə hökumətinin korrupsiyalaşdığını və zəif idarə olunduğunu ifşa etdi. Ötən bir neçə onillikdə Hindistan dövlət sektorunun deyil, məhz dinamik və səmərəli şəkildə fəaliyyət göstərən özəl sektorun hesabına çiçəklənmişdi. Pandemiya hökumətdə, xüsusən səhiyyə sektorunda əsaslı islahatlar aparmaq üçün təhrikedici qüvvə rolunu oynadı. Səhiyyə sektorunda islahatların aparılması ölkənin geridə qalmış digər sektorlarının, eləcə də təhsil sektorunun inkişafına təkan verə bilər.

İnkişaf imkanları axtarışında olan və borclarını qaytarmaqda çətinliklə üzləşən Hindistan, nəhayət ki, uzun müddətdən sonra iqtisadi islahatlar keçirməyə başlayıb. Hindistanın öz iqtisadiyyatını bərpa edə biləcəyini düşünməyə əsas verən digər amil odur ki, ölkənin fond birjası COVİD-19 pandemiyasına təəccüblü bir şəkildə müqavimət göstərə bilib.

Mən dəhşətli bir vəziyyətin ümidverici tərəfini işıqlandırmaq istəyirəm. Pandemiya bizə nə qədər çətinliklər yaşatsa da, onun bütün dünyada inkişafa yol açacağına inanmaq üçün həqiqətən də əsaslı səbəblər var.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir
18:55 02.07.2025
Ombudsman Səbinə Əliyeva növbəti vətəndaş qəbulu keçirib
18:40 02.07.2025
Bakıda “Özbəkistan” parkının təməli qoyulub
18:30 02.07.2025
Deputat Azay Quliyev ATƏT PA-nın Komitə sədri seçilib
17:09 02.07.2025
Türkiyədə zəlzələ baş verib
16:53 02.07.2025
Laçında "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu" mövzusunda panel sessiya keçirilib
16:38 02.07.2025
Azərbaycanlı boksçu Dünya Kubokunda yarımfinala yüksəldi
16:23 02.07.2025
Avronun bahalaşması nələrə səbəb ola bilər?
15:15 02.07.2025
Milli Məclis saxta xəbərlərə qarşı hüquqi mexanizm yaradacaq
15:00 02.07.2025
Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
14:45 02.07.2025
Yaponiyada hələ də atom bombası qurbanları yaşayır
14:30 02.07.2025
İyirmi ştat Tramp administrasiyasına qarşı iddia qaldırıb
14:15 02.07.2025
Azərbaycan Sağlam Şəhərlər Təşəbbüsünə qoşulmaq istəyir
14:00 02.07.2025
Kallas İrəvana niyə getdi? -Səfərin Pərdəarxası
13:45 02.07.2025
FAO 2 milyard dolları toxuma niyə xərcləyir?
13:30 02.07.2025
Hamısı