“Lockheed Martin” şirkəti və ABŞ Ordusu Nyu Meksikoda yerləşən poliqonda PrSM raketlərinin (Precision Strike Missile - yüksək dəqiqlikli zərbə raketi) uçuş sınaqlarını həyata keçirib.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
ABŞ Ordusunun yeni nəsil uzun mənzilli raketi HIMARS sistemlərindən buraxılıb. Raketlər hədəflərini dəqiqliklə vurub.
Raket keçən il 240, 180 və 85 kilometrə qədər uzanan üç uğurlu sınaq keçirib. Budəfəki sınaqda daha uzun məsafəyə uçuş həyata keçirilib.
Layihənin sonunda PrSM raketlərinin 499+ kilometr məsafəyə çatması planlaşdırılır.
Mediada Rusiyanın S-400 və digər hava hücumundan müdafiə sistemlərinin “qatili” adlandırılan raketlərin bu il ilk atış sınaqlarının keçirilməsinə qərar verilib. PrSM proqramı 2017-ci ilin mart ayında başladılıb. Proqramın məqsədi hazırda ABŞ ordusunun MGM-140 ATACMS operativ-taktiki raket ailəsini əvəz etmək üçün rəsmi olaraq 60-499 km aralığında mənzilə sahib olan yeni nəsil yüksək dəqiqlikli operativ-taktiki raketin yaradılmasıdır.