Mədəniyyət nazirindən paylaşım - 36 il sonra yenidən İsa bulağında | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


Mədəniyyət nazirindən paylaşım - 36 il sonra yenidən İsa bulağında

Dünya A- A A+

Mədəniyyət naziri Anar Kərimov Şuşaya səfər edib.

O, səfər zamanı çəkdirdiyi şəkil ilə birgə uşaqlıq şəklini “Twitter”də paylaşıb.

Nazir bildirib ki, şəkillərin arasında 36 il fərq var.

“İlk dəfə Şuşanı gəzəndə uşaq idim və gözəlliyi məni sonsuz heyrətləndirmişdi. Yenidən burada olmaq və 36 illik ayrılıqdan sonra müqəddəs İsa Bulağından su içmək necə də xoşdur!

Şuşa həmişə kimliyimizin və mədəniyyətimizin nişanəsi olaraq qəlbimizdə qaldı”, - deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...