Putinlə Baydenə görə bu ölkə hava məkanını bağlayır | Eurasia Diary - ednews.net

25 İyul,


Putinlə Baydenə görə bu ölkə hava məkanını bağlayır

Dünya A- A A+

İsveçrə hökuməti Baydenlə Putinin görüşüylə əlaqədar hava məkanına girişi qismən məhdudlaşdıracaq.

Eurasia Diary xəbər verir ki, uçuşların özəlliklə Cenevrədəki Millət Saray üzərində məhdudlaşdırılacağı bildirilib.

Məhdudiyyətin iyunun 15-dən 17-nə qədər qüvvədə qalacağı bildirilib. İsveçrə Hərbi Hava Qüvvələrinin məhdudiyyətlərin gerçəkləşməsinə nəzarət edəcəyi vurğulanıb.

Cenevrəyə, həmçinin 1000-ə yaxın hərbçinin yerləşdiriləcəyi qeyd edilib. Onlar şəhərdəki xarici ölkə nümayəndəliklərini qoruyacaq.

Qeyd edək ki, Baydenlə Putin iyunun 16-da görüşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...