Bayden və Makron G7 çərçivəsində bu ölkələri müzakirə ediblər | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


Bayden və Makron G7 çərçivəsində bu ölkələri müzakirə ediblər

Dünya A- A A+

G7 sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden fransalı həmkarı Emmanuel Makronla görüşüb. Görüş zamanı tərəflər NATO-nun müasirləşdirilməsini, həmçinin Rusiya və Çinə qarşı siyasətlərini müzakirə ediblər.

Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər xüsusilə iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsinə və transatlantik ittifaqa sadiq olduqlarını təsdiqləyiblər.

“Prezident Bayden və prezident Makcron NATO-nun gücləndirilməsi və modernləşdirilməsinə dair işləri, eləcə də terrorla mübarizədə sıx əməkdaşlığı, Çin və Rusiya kimi digər ümumi xarici siyasət prioritetlərini müzakirə ediblər”, - məlumatda belə deyilir.

G7 sammiti 11-13 iyun tarixlərində İngiltərənin cənubundakı Kornuoll qraflığında keçirilir.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...