London Moskva ilə münasibətlərin yaxşılaşmasını istəyir, ancaq zərərli hərəkətlərə cavab verəcək.
Eurasia Diary xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab deyib.
“Qarşılaşdığımız yeni təhdidlərə uyğunlaşmalıyıq. Bunu Rusiyaya və digər dövlətlərə hesab verəcəyimizi və zərərli addımlara görə cavab verəcəyimizi aydınlaşdırmaqla edəcəyik. Amma bununla yanaşı biz münasibətləri yaxşılaşdırmaq istəyirik, diplomatiya qapısı həmişə açıqdır”, - Raab bildirib.