Fransa Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Fransua Lekuantr vəzifəsindən istefa verir.
Eurasia Diary xəbər verir ki, bu barədə general açıqlamasında deyib.
“İstefa verməyə qərar verdim. İstəyim budur”, - general bildirib.
Lekuantr iyulun 14-də Fransanın milli bayramından sonra istefa verəcəyini deyib.
Qeyd edək ki, Fransua Lekuantr 2017-ci ildə Fransa Silahlı qüvvələrinin Baş qərargah rəisi vəzifəsini icra edir.