SIPRI 9 ölkədə mövcud olan nüvə silahı başlıqlarının sayını açıqlayıb | Eurasia Diary - ednews.net

3 Avqust, Çərşənbə axşamı


SIPRI 9 ölkədə mövcud olan nüvə silahı başlıqlarının sayını açıqlayıb

Dünya A- A A+

2020-ci ildə dünyada nüvə başlıqlarının sayında ümumi azalma olsa da, raketlərə yerləşdirilmiş və əməliyyat qüvvələri olan bazalarda yerləşdirilən nüvə döyüş başlıqlarının sayı artıb.

Euasia Diary-nin xəbərinə görə, bu barədə SIPRI-nin (Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu) aid hesabatında bildirilib.

Hesabata görə, 2021-ci ilin əvvəlində 9 nüvə ölkəsində - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, İsrail və Şimali Koreyada ümumilikdə 13 080 nüvə silahı başlığı qeydə alınıb. 2019-cu ildə bu rəqəm 13 400 olub.

Nüvə başlıqlarının sayının azalmasına baxmayaraq, əməliyyat qüvvələrinə inteqrasiya etmiş nüvə silahı başlıqlarının sayı 3720-dən 3825-ə yüksəlib. Bunların təxminən 2000-i ABŞ və Rusiyaya məxsusdur ki, bu başlıqlar əməliyyat həyəcanı vəziyyətində saxlanılıb.

ABŞ və Rusiya 2020-ci ildə köhnəlmiş nüvə döyüş başlıqlarını sökərək ümumi nüvə silah ehtiyatlarını azaltsa da, hər iki ölkə 2021-ci ilin əvvəlində ötən ilin əvvəlinə nisbətən əməliyyat qüvvələrinə inteqrasiya etmiş nüvə silahı başlıqlarının sayını artırıb. SIPRI əməliyyat qüvvələrinə inteqrasiya etmiş nüvə silahı başlıqlarının sayının 50 olduğunu bildirib.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...