Nüvə sazişini canlandırmaq mümkünsüzdür - İranın keçmiş prezidenti | Eurasia Diary - ednews.net

28 İyul, Çərşənbə


Nüvə sazişini canlandırmaq mümkünsüzdür - İranın keçmiş prezidenti

Dünya A- A A+

Birgə Hərtərəfli Fəaliyyət Planı qüsurlu bir razılaşmadır, içində bir çox nöqsan var. Nüvə sazişini canlandırmaq çox çətin bir işdir və düşünürəm ki, mümkünsüzdür.

Eurasia Diary xəbər verir ki, bu sözləri İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

"Nüvə anlaşmasının uğursuz olmasının səbəbi müqavilədə əks olunan beynəlxalq normalara və onun tələblərinə riayət edilməməsi idi. Bu, birtərəfli və ədalətsiz bir razılaşmadır. Bu müqavilənin təməlində tərəflərin qarşılıqlı maraqları və öhdəlikləri arasında bir tarazlıq yoxdur və bu, mübahisələrin həlli üçün aydın bir mexanizm deyil", - deyə o bildirib.

Əhmədinejad nüvə anlaşması ilə əlaqədar yeni danışıqların İranın hüquqları nəzərə alınaraq yeni şərtlərlə aparılmalı olduğunu vurğulayıb.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...