Ermənistanın Şirinyan-Babacanyan Demokratlar Alyansından baş nazirliyə namizdəd Arman Babacanyanın avtomobili atəşə tutulub.
Eurasia Diary xəbər verir ki, bu barədə Babacanyan Feysbuk səhifəsində yazıb.
“Maşınıma atəş açdılar. Nə qədər ki, qatil, oğru və mafiozlar azadlıqdadır və seçkidə iştirak edirlər, biz belə hadisələrdən qaça bilməyəcəyik”, - Babacanyan bildirib.
Siyasətçi hadisə ilə bağlı ətraflı məlumat verəcəyini qeyd edib.